Bank Of Baku

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 31 iyul 2009 07:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyulun 30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 3,59 dollar və ya 5,7% artaraq 1 barelə görə 66,94 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyulun 30-da ICE London qitələrarası birjasında sentyabrda ixrac ediləcək Brent markalı neftin 1 barelinin dəyəri isə 3,58 dollar artaraq 70,11 dollar təşkil edib.
Neftin bahalaşmasını ABŞ və Avropa fond bazarlarında indekslərin yüksəlməsi ilə əlaqələndirmək olar. Qeyd edək ki, iyulun 30-da müsbət makroiqtisadi göstəriciləri və korporativ xəbərləri nəticəsində Amerika aparıcı fond indeksləri orta hesabla 1%, Avropa indeksləri isə 2% yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR