Bank Of Baku

Azərbaycanda “QAZ-3102” markalı minik avtomobili 350 manata satılır

Azərbaycanda “QAZ-3102” markalı minik avtomobili 350 manata satılır
# 31 iyul 2009 11:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən avqustun 18-də keçiriləcək hərracda 9 ədəd müxtəlif təyinatlı avtomobilin satışı elan olunub. Bu barədə “APA-Economics”ə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Hərraca çıxarılmış 1988-ci il istehsalı olan “QAZ-3102” markalı minik avtomobili üçün 350, 1998-ci il buraxılış “QAZ-3102” markalı avtomobil üçün 686, 1992-ci il buraxılış “ZİL-431410” markalı yük avtomaşını üçün 900, 1998-ci il buraxılış «Hyundai H-100» avtomobili üçün 1625, 1994-cü il buraxılış “Pejo-405” üçün 1100 manat start qiyməti müəyyən olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR