Bank Of Baku

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 01 avqust 2009 08:39 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 31-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 2,51 dollar bahalaşaraq 1 barelə görə 69,45 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,59 dollar artaraq 71,70 dollar təşkil edib.

Hərraca ABŞ-da cari ilin ikinci rübündə ÜDM-in 1% azalmasına dair məlumatlar təsir edib. Qeyd edək ki, analitiklər azalmanı 1,5% səviyyəsində proqnozlaşdırırdılar. Bundan əlavə, neftin qiymətinə dolların əsas dünya valyutalarına ucuzlaşması da təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR