Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 03 avqust 2009 07:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 31-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 2,51 dollar və ya 3,8% artaraq 1 barelə görə 69,45 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, iyulun 31-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,59 dollar artaraq 71,70 dollar təşkil edib.

Neftin bahalaşmasına iki əsas səbəb təsir göstərib. Belə ki, iyulun 31-də ABŞ-da II rübün yekunları üzrə ÜDM-in azalması açıqlanıb. Azalma proqnozdan 0,5 faiz bəndi azal olub və 1% təşkil edib. Bu xəbər neft bazarının iştirakçıları tərəfindən müsbət qarşılanıb. Bundan başqa, dolların əsas dünya valyutalarına qarşı ucuzlaşması da neftin bahalaşmasında rol oynayıb. Qeyd edək ki, iyulun 31-də dollar avroya qarşı 1,1% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR