Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq isə 0,3% yüksəib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq isə 0,3% yüksəib
# 03 avqust 2009 07:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyulun 31-də ABŞ fond bazarında Dow Jones indeksi 0,2% - 9172 bəndədək, S&P 500 0,1% - 987,48 bəndədək, Nasdaq isə 0,3% - 1979 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarına əsas təsir edən amil ölkənin II rübünün yekunları üzrə ÜDM göstəricisi olub. Belə ki, ikinci rübdə ÜDM 1% azalıb ki, bu da proqnozlardan 0,5 faiz bəndi aşağıdır. Eyni zamanda, ikinci rübdə müşahidə olunan qeyri-rezidentlərin sərmayələri və ixracın azalması barədə məlumatlar bazara mənfi təsir edib. Nəticədə, «Citigroup»un səhmləri 1%, «Bank of America»nın səhmləri 5,9%, «Ford»un səhmləri 8,3%, «ETrade Financial Corp»un səhmləri 1,4% bahalaşıb, «Yahoo! Inc.»in səhmləri isə 1,9% ucuzlaşıb.

ABŞ iqtisadiyyatı barədə məlumatlar Avropa bazarlarında da əsas təsir amili olub, lakin burada həmin amil indekslərin enməsinə səbəb olub. Belə ki, iyulun 31-də FTSE 100 indeksi 0,5% - 4608,36 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3426,27 bəndədək, Almaniya DAX-ı isə 0,5% - 5332,14 bəndədək enib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4241 (+1,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR