Bank Of Baku

AGBI indeksi 0,9431, ACBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 0,9431, ACBDI indeksi isə 1,0001 təşkil edib
# 03 avqust 2009 07:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,057 bənd və ya 5,7% azalaraq 2009-cu ilin avqust ayının 3-nə 0,9431 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0001 bənd və ya 0,01% artaraq 1,0001 təşkil edib.

İyulun 31-də 12,3 mln. manat həcmində olan bir dövlət istiqrazları buraxılışı dövriyyədən çıxarılıb və həmin gün 2 mln. və 3 mln. manat məbləğində iki buraxılış yerləşdirilib. Nəticədə, yaranmış kapitallaşmanın azalması AGBI indeksinin enməsində öz əksini tapıb. Qeyd edək ki, iyulun 31-də yerləşdirilmiş 2 mln. manatlıq emissiyanın dövriyyə müddəti 2 il, 3 mln. manatlıq emissiyanın isə dövriyyə müddəti 3 ildir.

ACBDI indeksinin yüksəlməsi gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR