Bank Of Baku

Dünya neft bazarında ciddi böhran gözlənilir

Dünya neft bazarında ciddi böhran gözlənilir
# 03 avqust 2009 11:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, dünyada neft hasilatının azalma tempi proqnozları iki dəfə üstələyir. «APA-Economics»in məlumatına görə, bu barədə Agentliyin baş iqtisadçısı Fatih Birolun «The İndependent» qəzetinə verdiyi müsahibəsində deyilir.

F.Birolun sözlərinə əsasən, hesablamalar dünya neft ehtiyatlarının 75%-ni cəmləşdirən 800-dən artıq neft yataqları üzrə hasilat dinamikasına əsaslanır. Nəticədə, məlum olub ki, neft hasilatının illik azalması 6,7% təşkil edib və bu, əvvəlki proqnozdan (3,7%) kəskin fərqlənir.

Əldə olunmuş məlumatları əksər neft hasilat edən ölkələrdə müşahidə olunan hasilata sərmayə çatışmazlığı ilə birləşdirərək, iqtisadçılar yaxın beş il ərzində dünyada neft çatışmazlığının kəskinləşməsi və bunun nəticəsində neftin nəzərə çarpan dərəcədə bahalaşması barədə fikrə gəliblər. F.Birolun sözlərinə görə, neft çatışmazlığı ilə bağlı olan böhran əlamətləri artıq 2010-cu ilin əvvəlində hiss oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR