Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 04 avqust 2009 08:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 2,13 dollar və ya 3,1% artaraq 1 barelə görə 71,58 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, avqustun 3-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,85 dollar artaraq 73,55 dollar təşkil edib.

Neftin bahalaşmasına əsas səbəb kimi dolların avroya qarşı ucuzlaşması prosesinin davam etməsini qeyd etmək olar. Belə ki, avqustun 3-də dollar avroya qarşı 1,1% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR