Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,5%, Nasdaq isə 1,5% yüksəlib

Dow Jones indeksi 1,3%, S&P 500 1,5%, Nasdaq isə 1,5% yüksəlib
# 21 iyul 2009 08:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 3-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 9287 bəndədək, S&P 500 1,5% - 1002,62 bəndədək, Nasdaq isə 1,5% - 2009 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarı iştirakçılarınin diqqəti makroiqtisadi göstəricilər və məlumatlara, həmçinin korporativ xəbərlərə yönəldilib. Məsələn, istehsalatda işgüzar fəallığı indeksinin iyul ayında iyuna nisbətən 4,1 bənd artaraq 48,9 bəndə çatması, Federal Ehtiyat Sisteminin sabiq başçısı Alan Qrinspenin ABŞ iqtisadiyyatınin gözləndiyindən daha sürətlə bərpa oluna biləcəyi barədə bəyanatı bazar iştirakçıları tərəfindən müsbət qarşılanıb.

Avropa bazarlarında avqustun 3-də FTSE 100 indeksi 1,6% - 4682,46 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3477,80 bəndədək, Almaniya DAX-ı isə 1,8% - 5426,85 bəndədək yüksəlib. Avropada kotirovkaların ən böyük yüksəlməsi bank sektorunda və dağ-mədən şirkətləri üzrə müşahidə olunub. Belə ki, «Barclays»ın səhmləri 6,7%, «UniCredit»in, «BNP Paribas»ın, «Credit Suisse»in və UBS-in səhmləri 0,1-2,7% bahalaşıb, «Rio Tinto»nun səhmləri 4,9%, «Anglo American»nın səhmləri 4,8%, «Xstrata»nın səhmləri 7,1% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4393 (+1,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR