Bank Of Baku

Bu gün BFB-da 10105422S seriyalı 7 471,7 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10105422S seriyalı 7 471,7 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 04 avqust 2009 15:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10105422S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 11 916 400 manat təşkil edib. Sifarişlər 99,87% (gəlirlik 1,36%) – 99,88% (gəlirlik 1,25%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,88% (gəlirlik 1,25%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 261 200 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 7 471,7 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin sentyabrın 8-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR