Bank Of Baku

Light markalı neft bir qədər ucuzlaşıb

Light markalı neft bir qədər ucuzlaşıb
# 05 avqust 2009 07:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,16 dollar və ya 0,2% azalaraq 1 barelə görə 71,42 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, avqustun 4-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,73 dollar artaraq 74,28 dollar təşkil edib.

Avqustun 4-də neft bazarına Amerika Neft İnstitutunun (API) ölkədəki neft ehtiyatları barədə məlumatları təsir edib. Belə ki, API-nin hesablamalarına görə, ötən həftə ABŞ-da xam neft ehtiyatları gözləmələrin əksinə olaraq azalıb. Ümumilikdə, həftə ərzində xam neftin ehtiyatları 1,518 mln. barel azalaraq 350,927 mln. barelə, benzin ehtiyatları 2,091 mln. barel artaraq 215,671 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları isə 1,043 mln. barel artaraq 157,903 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR