Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq isə 0,1% yüksəib

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq isə 0,1% yüksəib
# 05 avqust 2009 07:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 9320 bəndədək, S&P 500 0,3% - 1005,65 bəndədək, Nasdaq isə 0,1% - 2011,3 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, «Citigroup»un səhmləri 2,2%, «Bank of America»nın səhmləri 2,1%, «Yahoo!»nun səhmləri 1,2% bahalaşıb, «ETrade Financial»ın səhmləri isə 1,4% ucuzlaşıb. Analitiklərin fikrincə, hazırda bazar iştirakçıları arasında dünya iqtisadiyyatının bərpası barədə zəif nikbinlik hökm sürür ki, bunun nəticəsində son zamanlar kotirovkaların dəyişməsinə əsasən şirkətlərin hesabat və xəbərləri təsir edir.

Avropa bazarlarında avqustun 4-də FTSE 100 indeksi 0,2% - 4671,37 bəndədək, Fransa CAC-40-ı 0,04% - 3476,37 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 5417,02 bəndədək enib. Avropada kotirovkalarının enməsinə əsas səbəb bir sıra iri şirkətin bazar iştirakçıları və analitiklərinin gözləmələrindən daha mənfi olan rüblük hesabatları olub. Həmin hesabatlar son zamanlar fond bazarında səhmlərin tədricən bahalaşması iqtisadiyyatın real artımını çox qabaqlayır.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4408 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR