Bank Of Baku

AGBI indeksi 1,0777, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0777, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 05 avqust 2009 07:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0776 bənd və ya 7,76% artaraq 2009-cu ilin avqust ayının 5-nə 1,0777 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 təşkil edib.

Avqustun 5-də 505,8 min manat həcmində dövlət istiqrazlarının bir buraxılışı dövriyyədən çıxarılıb və 10,47 mln. manat məcmu həcmi olan iki buraxılış yerləşdirilib. Nəticədə, bazarın kapitallaşmasının artması AGBI indeksinin yüksəlməsində əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR