Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq isə 0,9% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq isə 0,9% enib
# 06 avqust 2009 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 9381 bəndədək, S&P 500 0,3% - 1002,7 bəndədək, Nasdaq isə 0,9% - 1993,1 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, bir sıra mənfi makroiqtisadi xəbərlər nəticəsində ABŞ bazarında əsas sektorlarda kotirovkaların enməsi müşahidə olunub. Lakin maliyyə sektorunda, əksinə olaraq, səhmlərin bahalaşması baş verib. Məsələn, «American International Group»un səhmləri 62%, «Bank of America»nın səhmləri 6,5%, «American Express»in səhmləri 5,8%, «Citigroup»un səhmləri 10,15% bahalaşıb. Qeyd edək ki, İT sektorunda əsasən enmə tendensiyaları müşahidə olunub. Belə ki, «Cisco Systems»in səhmləri 3,3%, «İntel»in səhmləri 2,4% ucuzlaşıb, «Microsoft»un səhmləri 0,2% bahalaşıb.

Avropa bazarlarında avqustun 5-də FTSE 100 indeksi 0,5% - 4647,37 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3458,53 bəndədək, Almaniya DAX-ı isə 1,2% - 5353,01 bəndədək enib. Avropada «Royal Dutch Shell»in səhmləri 2,3%, BP-nin səhmləri 1,4%, «Renault»un səhmləri 2,3%, «Peugoet»un səhmləri 2,2% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4412 (+0,03%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR