Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,6%, Nasdaq isə 1% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,6%, Nasdaq isə 1% enib
# 07 avqust 2009 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 9256 bəndədək, S&P 500 0,6% - 997,1 bəndədək, Nasdaq isə 1% - 1973,2 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ölkədə işsizlik səviyyəsinin 9,6% olacağı barədə proqnozlar investorlara mənfi təsir edib. Qeyd edək ki, işsizlik üzrə rəsmi statistika avqustun 7-də açıqlanacaq. Amerika fond bazarında «Citigroup»un səhmləri 6,2%, «Bank of America»nın səhmləri 0,2% bahalaşıb, digər sahələrdə isə səhmlər ucuzlaşıb. Məsələn, İT sektorunda «İntel»in səhmləri 0,9%, «Sirius»un səhmləri 1,7%, «Verizon Communications»ın səhmləri 1% dəyərdən düşüb.

Avropa bazarlarında avqustun 6-da FTSE 100 indeksi 0,9% - 4690,53 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3477,83 bəndədək, Almaniya DAX-ı isə 0,3% - 5369,98 bəndədək yüksəlib. Avropada HSBC, «Barclays», «Lloyds», «Royal Bank of Scotland», «BNP Paribas», «Societe Generale»in səhmləri 2,7-12,3%, İsveçrənin «Zurich Financial Services» və Britaniyanın «Aviva» sığorta şirkətlərinin səhmləri müvafiq olaraq 1,2% və 5,4% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4362 (-0,35%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR