Bank Of Baku

Bu gün BFB-da 10205622S seriyalı 8 546,2 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10205622S seriyalı 8 546,2 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 07 avqust 2009 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10205622S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 8 546 200 manat təşkil edib. Sifarişlər 99,57% (gəlirlik 1,73%) – 99,60% (gəlirlik 1,61%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,57% (gəlirlik 1,73%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 8 546,2 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin noyabrın 6-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR