Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 10 avqust 2009 07:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 1,01 dollar və ya 1,4% azalaraq 1 barelə görə 70,01 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, avqustun 7-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri isə 1,24 dollar azalaraq 73,59 dollar təşkil edib.

Neftin ucuzlaşmasına əsasən dolların avroya qarşı möhkəmlənməsi amili səbəb olub. Belə ki, avqustun 7-də dolların məzənnəsi 1,2% yüksəlib. Dolların möhkəmlənməsi isə öz növbəsində ABŞ-da müsbət makroiqtisadi statistik göstəricilər açıqlandıqdan sonra baş verib. Qeyd edək ki, işsizliyin səviyyəsi iyulun sonuna 9,4%-ə çatıb, bu da analitiklərin gözləmələrindən 0,3 faiz bəndi aşağıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR