Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,3%, Nasdaq isə 1,4% yüksəlib

Dow Jones indeksi 1,2%, S&P 500 1,3%, Nasdaq isə 1,4% yüksəlib
# 10 avqust 2009 07:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 7-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 9370 bəndədək, S&P 500 1,3% - 1010,5 bəndədək, Nasdaq isə 1,4% - 2000 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, müsbət makroiqtisadi göstəricilər nəticəsində ABŞ-nın fond bazarında kotirovkaların yüksəlməsi əsasən maliyyə şirkətləri üzrə müşahidə olunub. Belə ki, «AIG»nin səhmləri 20%, «JPMorgan Chase»in səhmləri 4%, «Wells Fargo»nun səhmləri 2,8%, «American Express»in səhmləri 4,4% bahalaşıb. İT sektorunda «İntel»in səhmləri 1,1%, «Sirius»un səhmləri 8,7%, «ETrade Financial»ın səhmləri 3,5% ucuzlaşıb.

Avropa bazarlarında avqustun 7-də FTSE 100 indeksi 0,9% - 4731,56 bəndədək, Fransa CAC-40-ı 1,3% - 3521,14 bəndədək, Almaniya DAX-ı isə 1,7% - 5458,96 bəndədək yüksəlib. Avropada da kotirovkaların yüksəlməsinə ABŞ-da makroiqtisadi göstəricilər, daha dəqiq, işsizlik səviyyəsinin azalması barədə məlumatlar müsbət təsir edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4197 (-1,15%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR