Bank Of Baku

AGBI indeksi 1,0626, ACBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 1,0626, ACBDI indeksi isə 1,0001 təşkil edib
# 10 avqust 2009 07:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0625 bənd və ya 6,25% artaraq 2009-cu ilin avqust ayının 10-na 1,0626 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0001 bənd və ya 0,01% artaraq 1,0001 təşkil edib.

Avqustun 7-də 8 546 200 manat həcmində dövlət istiqrazlarının bir buraxılışı yerləşdirilib ki, bu da AGBI indeksinin artmasına səbəb olub. ACBDI indeksinin 0,01% artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR