Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 11 avqust 2009 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,59 dollar və ya 0,8% azalaraq 1 barelə görə 70,34 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, avqustun 10-da ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri isə 0,04 dollar azalaraq 73,55 dollar təşkil edib.

Neftin bir qədər ucuzlaşmasını dolların dünya bazarlarında nisbi möhkəmlənməsi ilə əlaqələndirmək olar. Belə ki, dolların məzənnəsi avqustun 10-da 0,4% yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR