Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq isə 0,4% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,3%, Nasdaq isə 0,4% enib
# 11 avqust 2009 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 9338 bəndədək, S&P 500 0,3% - 1007,1 bəndədək, Nasdaq isə 0,4% - 1992,2 bəndədək enib. «APA-Economics»in məlumatına görə, avqustun 1-da fond bazarına təsir edən əsas amil korporativ xəbərlər olub. Nəticədə, şirkətlərin səhmlərinin dinamikası çox fərqli olub. Məsələn, «Freddie Mac» ipoteka agentliyinin səhmləri 80% bahalaşıb, «BankAtlantic Bancorp»un səhmləri 9% ucuzlaşıb.

Avropa bazarlarında avqustun 10-da FTSE 100 indeksi 0,2% - 4722,20 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3504,54 bəndədək, Almaniya DAX-ı isə 0,8% - 5418,12 bəndədək enib. Avropada son bir neçə həftə ərzində kotirovkaların yüksəlməsindən sonra investorlar mənfəət əldə etməyə başlayıblar ki, bu da bazarda təklifin tələbatı üstələməsinə səbəb olub. Avropada «Daimler»in səhmləri 3,9%, «Volkswagen»in səhmləri 5,9%, «Lloyds»un səhmləri 4% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4148 (-0,04%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR