Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 12 avqust 2009 06:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 1,15 dollar və ya 1,63% azalaraq 1 barelə görə 69,45 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, avqustun 11-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,04 dollar azalaraq 72,46 dollar təşkil edib.

Maraqlıdır ki, neftin ucuzlaşması ABŞ-da xam neft ehtiyatlarının azalması fonunda baş verib. Belə ki, Amerika Neft İnstitutunun məlumatına görə, ötən həftə ərzində ölkədə xam neft ehtiyatları 1,4 mln. barel azalıb. Ümumilikdə, həftə ərzində xam neft ehtiyatları azalaraq 348,511 mln. barelə, benzin ehtiyatları 2,256 mln. barel azalaraq 213,415 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları 1,61 mln. barel artaraq 159,513 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR