Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 1,3%, Nasdaq isə 1,1% enib

Dow Jones indeksi 1%, S&P 500 1,3%, Nasdaq isə 1,1% enib
# 12 avqust 2009 06:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 11-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 9246 bəndədək, S&P 500 1,3% - 994,3 bəndədək, Nasdaq isə 1,1% - 1969,7 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, fond bazarında investorlar avqustun 12-də dərc olunacaq Federal Ehtiyat Sisteminin hesabatını gözləyərək, avqustun 11-də ticarət əməliyyatlarına ehtiyatla yanaşıb. Avqustun 11-də «American International Group»un səhmləri 13%, «Citigroup»un səhmləri 6,4%, «Bank of America»nın səhmləri 5%, «Wells Fargo»nun səhmləri 6,1%, «Cisco Systems»in səhmləri 2,2%, «ETrade Financial»ın səhmləri 0,7%, «Microsoft»un səhmləri 1,2% ucuzlaşıb.

Avropa bazarlarında avqustun 11-də FTSE 100 indeksi 1,1% - 4671,34 bəndədək, Fransa CAC-40-ı 1,4% - 3456,18 bəndədək, Almaniya DAX-ı isə 2,4% - 5285,81 bəndədək enib. Avropa bazarlarında kotirovkaların enməsi bir sıra iri şirkətin mənfi hesabat və xəbərləri nəticəsində baş verib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4144 (-0,03%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR