Bank Of Baku

AGBI indeksi 0,9660, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 0,9660, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 12 avqust 2009 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0340 bənd və ya 3,4% azalaraq 2009-cu ilin avqust ayının 12-nə 0,9660 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 təşkil edib.

Avqustun 12-də məcmu həcmi 4 964 000 manat olan dövlət istiqrazlarının iki buraxılışı dövriyyədən çıxarılıb və nəticədə, bazarın kapitallaşmasının azalması AGBI indeksinin enməsinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR