Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,2%, Nasdaq isə 1,5% yüksəlib

Dow Jones indeksi 1,3%, S&P 500 1,2%, Nasdaq isə 1,5% yüksəlib
# 13 avqust 2009 07:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 12-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 9361,6 bəndədək, S&P 500 1,2% - 1005,8 bəndədək, Nasdaq isə 1,5% - 1998,7 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, avqustun 12-də ABŞ fond bazarı Federal Ehtiyat Sisteminin qəbul edilən qərarı və səsləndirdiyi bəyanatların təsiri altında olub. Belə ki, FES tərəfindən uçot dərəcəsinin 0-0,25% səviyyəsində saxlanması, iqtisadiyyatın sabitləşməsinin əlamətlərinin və maliyyə sektorunda canlanmanın mövcudluğu barədə bəyanatlar kotirovkaların yüksəlməsinə səbəb olub. «Citigroup»un səhmləri 7,9%, «JPMorgan»ın səhmləri 2,4%, «Bank Of America»nın səhmləri 0,5%, «ETrade Financial»ın səhmləri 6,6%, «Microsoft»un səhmləri 1,7%, «Intel»in səhmləri 0,9% bahalaşıb.

FES-in qərarı Avropa bazarlarına da müsbət təsir edib. Avropada avqustun 12-də FTSE 100 indeksi 1% - 4716,76 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3507,24 bəndədək, Almaniya DAX-ı isə 1,2% - 5350,09 bəndədək yüksəlib. «Royal Bank of Scotland»ın səhmləri 5,4%, «Lloyds Banking Group»un səhmləri 6,4%, «BNP Paribas»ın səhmləri 2,7%, UBS-in səhmləri 3% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4219 (+0,53%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR