Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0077 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0077 təşkil edib
# 13 avqust 2009 07:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazlar (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0341 bənd və ya 3,4% artaraq 2009-cu ilin avqust ayının 13-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0077 bənd və ya 0,77% artaraq 1,0077 təşkil edib.

Avqustun 13-də 3 905 400 manat həcmində notlar dövriyyədən çıxarılıb və 4 mln. manatlıq yeni buraxılış yerləşdirilib. Nəticədə, yaranmış kapitallaşmanın artması ACBDI indeksinin yüksəlməsində öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR