Bank Of Baku

Neftin qiyməti yenidən artıb

Neftin qiyməti yenidən artıb
# 14 avqust 2009 06:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,36 dollar və ya 0,51% artaraq 1 barelə görə 70,52 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, avqustun 13-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri isə 0,59 dollar artaraq 73,48 dollar təşkil edib.

Neft bazarına Avrozona üzrə müsbət makroiqtisadi göstəricilər təsir edib. Qeyd edək ki, Avrozonada ÜDM-in ikinci rüb ərzində 0,1% azalması barədə məlumatlar açıqlanıb ki, bu göstərici də ekspertlər tərəfindən 0,4-0,5% səviyyəsində proqnozlaşdırılan azalmadan daha müsbət yekun kimi qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR