Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,7%, Nasdaq isə 0,5% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,7%, Nasdaq isə 0,5% yüksəlib
# 14 avqust 2009 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 9399,6 bəndədək, S&P 500 0,7% - 1012,9 bəndədək, Nasdaq isə 0,5% - 2009,4 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, avqustun 13-də ABŞ fond bazarında «Bank of America»nın səhmləri 6,7%, «Regions Financial»ın səhmləri 8%, «Citigroup»un səhmləri 2%, «Fannie Mae»nin səhmləri 2,9%, «Sirius»un səhmləri 6,1%, «Yahoo!»nun səhmləri 2,5% bahalaşıb.

Avropada avqustun 13-də FTSE 100 indeksi 0,8% - 4755,46 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3524,39 bəndədək, Almaniya DAX-ı isə 1% - 5401,11 bəndədək yüksəlib. Avropanın fond bazarlarına ikinci rübdə Fransa və Almaniyada ÜDM-in artması və Avrozona üzrə ÜDM-in cəmi 0,1% enməsi barədə məlumatlar müsbət təsir edib. Nəticədə, UBS, «Credit Suisse», HSBC və «UniCredit» banklarının səhmləri 2-3,2% yüksəlib, «Rio Tinto»nun səhmləri 4,7%, «BHP Billiton»un səhmləri isə 2,9% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4290 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR