Bank Of Baku

Neft kəskin ucuzlaşıb

Neft kəskin ucuzlaşıb
# 17 avqust 2009 07:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 3,01 dollar və ya 4,27% azalaraq 1 barelə görə 67,51 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, avqustun 14-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri isə 1,07 dollar azalaraq 72,41 dollar təşkil edib.

Bazardakı ekspertlər neftin ucuzlaşmasını ABŞ-da istehlak etimadı indeksinin azalması ilə əlaqələndirirlər. Belə ki, bu indeks avqust ayında əvvəlki ayla müqayisədə 2,8 bənd azalaraq 63,2 bəndə bərabər olub. Qeyd edək ki, analitiklər indeksin 69 bəndə bərabər olacağını proqnozlaşdırırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR