Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 0,9%, Nasdaq isə 1,2% enib

Dow Jones indeksi 0,8%, S&P 500 0,9%, Nasdaq isə 1,2% enib
# 17 avqust 2009 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 9321,4 bəndədək, S&P 500 0,9% - 1004,1 bəndədək, Nasdaq isə 1,2% - 1985,5 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-da istehlak etimadı indeksinin avqust ayında əvvəlki ayla müqayisədə 2,8 bənd azalaraq 63,2 bəndədək enməsi barədə məlumat avqustun 14-də ABŞ fond bazarına mənfi təsir edən əsas amil olub. Bununla bağlı, kotirovkaların enməsi əsasən ticarət şəbəkələri və digər istehlak şirkətləri üzrə müşahidə olunub.

Avropada avqustun 14-də FTSE 100 indeksi 0,9% - 4713,97 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3495,27 bəndədək, Almaniya DAX-ı isə 1,7% - 5309,11 bəndədək enib. Avropanın fond bazarlarında kotirovkalar üzrə ciddi dəyişkənlik müşahidə olunub, çünki bazara əsasən korporativ xəbərlər təsir edib. Məsələn, «Volkswagen» və «Porsche» şirkətlərinin birləşməsi barədə məlumatdan sonra «Volkswagen»in səhmləri 16% ucuzlaşıb, «Porsche»nin səhmləri isə 8,7% bahalaşıb. Bundan başqa, «Air France-KLM»ın səhmləri 3,6% ucuzlaşıb, dünyanın ən iri saat istehsalçısı olan «Swatch Group» şirkətinin səhmləri isə 13% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4160 (-0,91%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR