Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 18 avqust 2009 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,76 dollar və ya 1,13% azalaraq 1 barelə görə 66,75 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, avqustun 17-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,90 dollar azalaraq 70,90 dollar təşkil edib.

Neft bazarına əsasən ABŞ-da istehlak üzrə indikatorun azalması mənfi təsir göstərib. Xatırladaq ki, ABŞ-da istehlak etimadı indeksi avqust ayında əvvəlki ayla müqayisədə 2,8 bənd azalaraq 63,2 bəndədək enib. Bundan başqa, Avropa və ABŞ fond bazarlarında indekslərin enməsi də öz rolunu oynayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR