Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 2,4%, Nasdaq isə 2,7% enib

Dow Jones indeksi 1,1%, S&P 500 2,4%, Nasdaq isə 2,7% enib
# 18 avqust 2009 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 17-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 9135 bəndədək, S&P 500 2,4% - 979,7 bəndədək, Nasdaq isə 2,7% - 1931 bəndədək enib. «APA-Economics»in məlumatına görə, «Bank of America»nın səhmləri 4,8%, «Citigroup»un səhmləri 1%, «Microsoft»un səhmləri 1,9%, «Cisco Systems»in səhmləri 2,7% ucuzlaşıb. Avqustun 17-də ABŞ fond bazarında səhmlərin satışı üstünlük təşkil edib ki, bu da investorların mənfəətinin fiksasiya olunması məqsədi ilə edilib.

Avropada avqustun 17-də FTSE 100 indeksi 1,5% - 4645,01 bəndədək, Fransa CAC-40-ı 2,2% - 3419,69 bəndədək, Almaniya DAX-ı isə 2% - 5201,61 bəndədək enib. Avropanın fond bazarlarının investorları tərəfindən Yaponiyada ÜDM-in dinamikası barədə məlumatları mənfi qarşılayıblar. Belə ki, ikinci rübün yekunlarına görə, Yaponiyada ÜDM-in həcmi 0,9% artsa da, bu göstərici analitiklərin proqnozlarından aşağı olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4115 (-0,32%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR