Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 1%, Nasdaq isə 1,3% yüksəlib

Dow Jones indeksi 0,9%, S&P 500 1%, Nasdaq isə 1,3% yüksəlib
# 19 avqust 2009 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 9217 bəndədək, S&P 500 1% - 989,7 bəndədək, Nasdaq isə 1,3% - 1956 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, kotirovkaların yüksəlməsi əsasən ticarət şəbəkələri, maliyyə qurumları və İT şirkətləri üzrə müşahidə olunub. Belə ki, «Home Depot»un səhmləri 3,1%, «Target»in səhmləri 7,5%, «Citigroup»un səhmləri 3,5%, «BB&T Corp.»un səhmləri 4,2%, «Regions Financial»in səhmləri 3,6%, «ETrade Financial»ın səhmləri 3,7%, «Sirius XM Radio»nun səhmləri 5,5%, «Dell»in səhmləri 3,6% bahalaşıb.

Avropada avqustun 18-də FTSE 100 indeksi 0,9% - 4685,78 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3450,69 bəndədək, Almaniya DAX-ı isə 0,9% - 5250,74 bəndədək yüksəlib. Avropa fond bazarlarında yüksəlmə tendensiya həm bir sıra makroiqtisadi göstərici və proqnozları, həm də korporativ xəbərlərin nəticəsində baş verib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4157 (+0,57%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR