Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 20 avqust 2009 10:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0716 bənd və ya 6,69% azalaraq 2009-cu ilin avqust ayının 20-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 təşkil edib.

AGBI indeksinin enməsi gündəlik korrektə çərçivəsində baş verib. Avqustun 19-da 4 mln. manat miqdarında Mərkəzi Bankın not buraxılışı dövriyyədən çıxarılıb və 4 mln. manatlıq emissiya yerləşdirilib. Nəticədə, bazarın kapitallaşması dəyişməz qaldığına görə ACBDI indeksi də dəyişməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR