Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 20 avqust 2009 10:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 3,23 dollar və ya 4,67% artaraq 1 barelə görə 72,42 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, avqustun 19-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,22 dollar artaraq 74,59 dollar təşkil edib.

Neft bazarına əsasən ABŞ və Avropa fond bazarlarında kotirovkaların yüksəlməsi, həmçinin ABŞ və dünya iqtisadiyyatının bərpa olmağa başlaması barədə iqtisadçıların bəyanatları müsbət təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR