Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq isə 0,7% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq isə 0,7% yüksəlib
# 20 avqust 2009 10:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 19-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 9279,2 bəndədək, S&P 500 0,7% - 996,5 bəndədək, Nasdaq isə 0,7% - 1969,2 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, kotirovkaların yüksəlməsi əsasən neft şirkətləri üzrə müşahidə olunub. Belə ki, «ExxonMobil»in səhmləri 2,3%, «Chevron»un səhmləri 1,8%, «ConocoPhillips»in səhmləri 1,2%, «Occidental Petroleum»un səhmləri 2,9%, «Murphy Oil»un səhmləri isə 3,1% bahalaşıb.

Avropada avqustun 19-da FTSE 100 indeksi 0,1% - 4689,67 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,01% - 3450,34 bəndədək, Almaniya DAX-ı isə 0,4% - 5232 bəndədək enib. Avropa fond bazarlarında kotirovkaların dinamikasına əsasən korporativ xəbərlər təsir edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4216 (+0,42%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR