Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 1,1%, Nasdaq isə 1% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 1,1%, Nasdaq isə 1% yüksəlib
# 21 avqust 2009 08:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 9350 bəndədək, S&P 500 1,1% - 1007 bəndədək, Nasdaq isə 1% - 1989 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına əsas təsir edən amillərdən biri AİG sığorta şirkətinin yeni restrukturizasiya planın tədbiqinə başlanması barədə məlumatlar olub. Nəticədə, şirkətin səhmləri 21% bahalaşıb, onun ardınca da maliyyə sektorunda kotirovkaların yüksəlməsi müşahidə olunub.
Avropada avqustun 20-də FTSE 100 indeksi 1,4% - 4756,6 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3505,3 bəndədək, Almaniya DAX-ı isə 1,5% - 5311,1 bəndədək yüksəlib. Avropa fond bazarlarında kotirovkaların dinamikasına əsasən korporativ xəbərlər təsir edib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4224 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR