Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 3,85 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 3,85 mln. dollarlıq əqd bağlanıb
# 21 avqust 2009 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8037 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata əsasən, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8037 AZN/$1-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 241 200 AZN təşkil edib, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 2 854 200 AZN, manatın orta məzənnəsi isə 0,8037 AZN/$1 təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 3,85 mln. dollar və ya 3 095 400 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1,925 mln. dollar düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR