Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Maliyyə Nazirliyinin 6,7 mln. manatlıq DQİ buraxılışı yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Maliyyə Nazirliyinin 6,7 mln. manatlıq DQİ buraxılışı yerləşdirilib
# 21 avqust 2009 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10206022S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 6 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi məbləği 6 685,2 min manat təşkil edib. Sifarişlər 99,61% (gəlirlik 1,57%) – 99,57% (gəlirlik 1,73%) qiymət intervalında təqdim olunub.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti – 99.57(gəlirlik 1.73%) orta ölçülmüş qiymət – 99.57% (gəlirlik 1.73%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 6 685,2 min manat məbləğində müəyyənləşdirilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən noyabrın 20-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR