Neftin bahalaşmasına əsas səbəb kimi bu həftə ərzində ABŞ rəhbərliyi, Beynəlxalq Valyuta Fondunun rəhbərliyi və ardınca Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin ötən ildəki dərin geriləmədən sonra həm ABŞ, həm digər ölkələrdə iqtisadi fəallığın artmağa başlaması, böhrandan çıxışın başlanması barədə bəyanatları qeyd etmək olar.
B.Bernankenin fikrincə, bununla belə iqtisadiyyatın artıma məhz yaxın gələcəkdə qayıtması perspektivləri müsbətdir. Eyni zamanda, B.Bernanke vurğulayıb ki, gələcəkdə hələ də müəyyən problemlər gözlənilir və nəticədə, iqtisadiyyatın sağlamlaşması və əsasən işsizlik səviyyəsinin azaldılması bir qədər ağır gedəcək.