Bank Of Baku

Neftin qiyməti cari ilin maksimumuna çatıb

Neftin qiyməti cari ilin maksimumuna çatıb
# 24 avqust 2009 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,98 dollar və ya 1,34% artaraq 1 barelə görə 73,89 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, avqustun 21-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,86 dollar artaraq 74,19 dollar təşkil edib.

Neftin bahalaşmasına əsas səbəb Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin məruzəsi olub. Belə ki, B.Bernanke qeyd edib ki, ötən ildəki dərin geriləmədən sonra həm ABŞ, həm dünyanın digər ölkələrində iqtisadi fəallıq artmağa başlayır. İqtisadiyyatın məhz yaxın gələcəkdə artım tendensiyasına qayıtma perspektivləri yaxşıdır. Eyni zamanda, B.Bernanke vurğulayıb ki, gələcəkdə hələ də müəyyən problemlər gözlənilir və nəticədə, iqtisadiyyatın sağlamlaşması və əsasən işsizlik səviyyəsinin azalması prosesləri ağır gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR