Bank Of Baku

Dow Jones indeksi 1,6%, S&P 500 1,8%, Nasdaq isə 1,6% yüksəlib

Dow Jones indeksi 1,6%, S&P 500 1,8%, Nasdaq isə 1,6% yüksəlib
# 24 avqust 2009 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 21-də Amerika fond bazarında Dow Jones indeksi 1,6% - 9503 bəndədək, S&P 500 1,8% - 1026 bəndədək, Nasdaq isə 1,6% - 2021 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, avqustun 21-də baş verən neftin bahalaşması nəticəsində neft və dağ-mədən şirkətlərinin səhmlərinin kotirovkalarının yüksəlməsi müşahidə olunub. Məsələn, «ExxonMobil»in səhmləri 1,9%, «Chevron»un səhmləri isə 1,6% bahalaşıb.

Avropada avqustun 21-də FTSE 100 indeksi 3% - 4850,9 bəndədək, Fransa CAC-40-ı 3,2% - 3615,8 bəndədək, Almaniya DAX-ı isə 2,9% - 5462,7 bəndədək yüksəlib. Avropa fond bazarlarında UBS-in səhmləri 6,8%, «BNP Paribas», «Banco Santander» və HSBC-in səhmləri 1,4-4,8%-dək bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4224 (0%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR