Bank Of Baku

«Capital Economics»: Qızılın ucuzlaşdığı gözlənilir

«Capital Economics»: Qızılın ucuzlaşdığı gözlənilir
# 24 avqust 2009 10:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən həftə dünya bazarında qızılın qiyməti 930-945 dollar/unsiya çərçivəsində dəyişib. «APA-Economics»in məlumatına görə, qızıl bazarının mütəxəssisləri qiymətin dolların avroya qarşı məzənnəsinə sıx bağlandığını vurğulayırlar. Belə ki, «Deutsche Bank»ın mütəxəssisləri hesab edirlər ki, ötən iki ay ərzində qızılın qiyməti dollar/avro məzənnəsinə uyğun şəkildə dəyişib.

Bankın analitikləri isə bildirirlər ki, ABŞ-da ÜDM müsbət dinamikaya çıxdıqda bazar iştirakçılarının diqqəti Federal Ehtiyat Sisteminin faiz dərəcələrinin dinamikasına yönələcək. ABŞ-da faiz dərəcələrinin işsizlik səviyyəsinə bağlı olduğunu vurğulayaraq və işsizlik səviyyəsinin maksimal həddə 2010-cu ilin martında çatacağını proqnozlaşdıraraq, «Deutsche Bank»da dolların yaxın perspektivlərinə bədbinliklə yanaşırlar. Eyni zamanda, son vaxtlar qızıla olan investisiya tələbatının azaldığını da etiraf etmək lazımdır ki, bu da qızılın yaxın gələcəkdə geniş olmayan qiymət dəhlizində dəyişmə gözləntiləri ilə bağlıdır.

Ötən həftə ABŞ-ın makroiqtisadi göstəriciləri Çinin Amerika dövlət istiqrazlarına yatırdığı sərmayələrin həcminin azaldığını göstərib. Bu, son 11 ay ərzində ilk dəfə baş verib və Çinin öz valyuta ehtiyatlarını diversifikasiya etmək niyyətini əks etdirir. Bunu nəzərə alaraq, «Deutsche Bank»ın mütəxəssisləri Çinin Mərkəzi Bankı və Dövlət İnvestisiya Fondu tərəfindən diversifikasiyanın qızılın alınması istiqamətində aparılacağını proqnozlaşdırırlar.

Eyni zamanda, Britaniyanın «Capital Economics» iqtisadi tədqiqatlar üzrə konsaltinq şirkətinin analitikləri hesab edirlər ki, ənənəvi olaraq payızda qızıla tələbatın artmasına baxmayaraq, bazara əsas təsir edən amil dolların məzənnəsi olacaq ki, onun gözlənilən artımı qızılın qiymətinə birbaşa təsir edəcək. «Capital Economics»in mütəxəssisləri ilin sonuna dolların möhkəmlənməsi fonunda qızılın 1 unsiyasının 850 dollaradək ucuzlaşdığını proqnozlaşdırırlar.

Qeyd edək ki, cari ilin əvvəlində qızılın qiymətinin dinamikası aşağıdakı kimi olub:


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR