Bank Of Baku

Dow Jones indeksi 0,03% yüksəlib, S&P 500 0,06%, Nasdaq isə 0,14% enib

Dow Jones indeksi 0,03% yüksəlib, S&P 500 0,06%, Nasdaq isə 0,14% enib
# 25 avqust 2009 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 9509 bəndədək yüksəlib, S&P 500 0,06% - 1026 bəndədək, Nasdaq isə 0,14% - 2018 bəndədək enib. «APA-Economics»in məlumatına görə, avqustun 24-də ABŞ bazarına iki əsas və əks istiqamətli amil təsir göstərib. Belə ki, dünya iqtisadiyyatının yaxın gələcəkdə bərpasına inamın artması bazara müsbət, ABŞ hökumətinin yeni avtomobillərin alınmasına dəstək proqramının sona çatması isə mənfi təsir edib.

Avropada avqustun 24-də FTSE 100 indeksi 1% - 4896,2 bəndədək, Fransa CAC-40-ı 1% - 3652,2 bəndədək, Almaniya DAX-ı isə 1% - 5519,8 bəndədək yüksəlib. Avropa fond bazarlarında «Standard Chartered»in səhmləri 1,5%, «Barclays»ın səhmləri 2,9%, «Royal Bank of Scotland»ın səhmləri 6,8%, «Societe Generale»in səhmləri 2%, «Lloyds»un səhmləri 6,3%, BP-nin səhmləri 0,1%, «Royal Dutch Shell»in səhmləri 0,7%, «Tullow Oil»un səhmləri 1,7%, «Repsol»un səhmləri 2,1%, «Total»in səhmləri 0,8%, «StatoilHydro»nun səhmləri 2,4% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4287 (+0,44%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR