Bank Of Baku

BFB-da Maliyyə Nazirliyinin 4,035 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da Maliyyə Nazirliyinin 4,035 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 26 avqust 2009 06:52 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10306122S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunan sifarişin nominal üzrə ümumi məbləği 4 034,8 min manat təşkil edib. Sifariş 98,89% (gəlirlik 2,25%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər emitent tərəfindən 98,89 (gəlirlik 2.25%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 034,8 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin fevral ayının 23-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR