Bank Of Baku

AGBI indeksi 1,0102, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0102, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 26 avqust 2009 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0102 bənd və ya 1,02% artaraq 2009-cu ilin avqust ayının 26-na 1,0102 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib və 1,0000 təşkil edib.

Avqustun 25-də məcmu həcmi 2,68 mln. manatlıq iki DQİ buraxılışı ödənilib və 4,035 mln. manat həcmində bir buraxılış yerləşdirilib ki, nəticədə, bazar kapitallaşmasının artması AGBI indeksinin yüksəlməsində əksini tapıb.

ACBDI indeksinin dəyişməməsi avqustun 25-də notlar üzrə ilkin bazarda heç bir əməliyyatın aparılmaması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR