Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 26 avqust 2009 07:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 2,32 dollar və ya 3,12% azalaraq 1 barelə görə 72,05 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, avqustun 25-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelin dəyəri isə 2,44 dollar azalaraq 71,82 dollar təşkil edib.

Neftin ucuzlaşmasına səbəb olan iki əsas amili qeyd etmək olar. İlk növbədə, Amerika Neft İnstitutu öz hesabatında ABŞ-da ötən həftə xam neft ehtiyatlarının 4,347 mln. barel artması barədə məlumat yayıb. Qeyd edək ki, ümumilikdə xam neft ehtiyatları 346,7 mln. barel təşkil edir, benzin ehtiyatları həftə ərzində 1,8 mln. barel azalaraq 209,7 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları isə 146 min barel azalaraq 160,9 mln. barelə çatıb.

İkinci amil isə ABŞ Konqresi Büdcə İdarəsinin federal büdcə kəsiri barədə proqnozu olub. Belə ki, idarə cari ildə büdcə kəsirinin 1,6 trln. dollar səviyyəsində olacığını proqnozlaşdırır ki, bu da II Cahan Müharibəsindən sonra ən yüksək göstəricidir. Həmin xəbər bazara mənfi təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR