Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,2%, Nasdaq isə 0,3% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,2%, Nasdaq isə 0,3% yüksəlib
# 26 avqust 2009 07:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 9539 bəndədək, S&P 500 0,2% - 1028 bəndədək, Nasdaq isə 0,3% - 2024 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, avqustun 25-də ABŞ bazarına ölkənin daşınmaz əmlak bazarı barədə statistika müsbət təsir edib. Belə ki, ABŞ-da mənzillərin qiymətləri ikinci rübdə son üç ildə ilk dəfə olaraq artmağa başlayıb. Qiymətlərin rüblük artımı 2,9% təşkil edib.

Avropada avqustun 25-də FTSE 100 indeksi 0,4% - 4916,8 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3680,6 bəndədək, Almaniya DAX-ı isə 0,7% - 5557,1 bəndədək yüksəlib. Avropa fond bazarlarında «Royal Bank of Scotland»ın səhmləri 4%, «Banco Santander»in səhmləri 1,4%, HSBC-nin səhmləri 1%, BP, «Royal Dutch Shell» və «Total»in səhmləri 0,8-1,9%, «French Telecom»un səhmləri 3,7%, «Vodafone»un səhmləri 2,4% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4292 (+0,04%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR