Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 27 avqust 2009 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,62 dollar və ya 0,86% azalaraq 1 barelə görə 71,43 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, avqustun 26-da ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar azalaraq 71,65 dollar təşkil edib.

Amerika Neft İnstitutunun ardınca ABŞ-ın Energetika Nazirliyi də ötən həftə ərzində ölkədə xam neft ehtiyatlarının artması barədə məlumat yayıb. Belə ki, rəsmi statistikaya əsasən, xam neft ehtiyatları 200 min barel artaraq 343,8 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR