Bank Of Baku

Dow Jones indeksi 0,05%, S&P 500 0,01%, Nasdaq isə 0,01% yüksəlib

Dow Jones indeksi 0,05%, S&P 500 0,01%, Nasdaq isə 0,01% yüksəlib
# 27 avqust 2009 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,05% - 9544 bəndədək, S&P 500 0,01% - 1028 bəndədək, Nasdaq isə 0,01% - 2024 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, avqustun 26-da makroiqtisadi göstəricilərin bazara müsbət təsirinə baxmayaraq, neftin ucuzlaşmasının davam etməsi kotirovkaları endirib. Belə ki, ABŞ-da yeni mənzillərin satışı iyul ayında 9,6% artıb. Bundan başqa digər göstərici də daşınmaz əmlak bazarının bərpasından xəbər verir. Daha dəqiq, iyulda satışa çıxarılmış və satılmış mənzil və evlərin nisbəti 2007-ci ilin aprel ayından sonra ən aşağı səviyyədə olub. Eyni zamanda, uzunmüddətli istifadə mallarına sifarişlərin həcmi iyulda 4,9% artıb ki, bu xəbər də investorlar tərəfindən müsbət qarşılanıb.

Avropada avqustun 26-da FTSE 100 indeksi 0,5% - 4890,6 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3668,3 bəndədək, Almaniya DAX-ı isə 0,6% - 5522 bəndədək enib. Avropa fond bazarlarında mənfəətin əldə edilməsi prosesi müşahidə olunub ki, nəticədə, bazarda təklif tələbatı üstələyib və səhmlərin qiymətləri bir qədər düşüb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4231 (-0,43%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR